Azərbaycanda istehsal edilmiş minik avtomobillərinin sayı azalıb

İyn2,2021

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş minik avtomobillərinin sayı azalıb.

QİA.AZ-ın məlumatına görə, qeyd olunan müddət ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu vəyarımqoşquların istehsalı sahələrində 85,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,7 dəfə artıb.

Yanvar-aprel aylarında 508 ədəd vəya ötən ilin müvafiq dövrü iləmüqayisədə 164 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzindəəvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə traktorların istehsalı 54,3 faiz artıb.

Oxşar Xəbərlər