Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir – RƏSMİ

Mar18,2021 #Britaniya ştammı #vaksin
vaksin

Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştamlara qarşı da effektivdir.

Bu barədə “QİA.az”a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.

QİA.az

Oxşar Xəbərlər