Azərbaycanda kompüter və elektron avadanlıq satışı 20 faizdən çox artıb

Sen23,2021

2021-ci ilin yanvar-avqust aylarında Azərabycanda kompüter texnikası və elektron avadanlıq satışı ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq 232,4 milyon manat təşkil edib.

 QİA.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Eyni zamanda, Azərbaycanda yanvar-avqust aylarında istehsal olunmuş komputer texnikasının məbləği 138 milyon manata bərabər olub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,95 faiz azdır.

Oxşar Xəbərlər