Azərbaycanda koronavirus nə vaxt bitə bilər? – TƏBİB AÇIQLADI

Mar18,2021

Azərbaycanda vaksinasiya tempi sürətlə gedir, yarım milyona qədər insan artıq vaksinasiya olunub. Ancaq bu proses daha da sürətləndirilməlidir.

QİA.AZ-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, son məqsəd virusa qarşı kütləvi immunitet yaratmaqdır: “Son məqsədimiz əhalinin böyük əksəriyyətində immunitet yaratmaqdır. Əhalinin təqribən 60-70 faizində immunitet yaratsaq, bu pandemiya daha bizi narahat etməyəcək”.

Oxşar Xəbərlər