Azərbaycanda koronavirusa 1 855 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.AZ“a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb.

Oxşar Xəbərlər