Azərbaycanda koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, bu günə qədər isə ümumilikdə 1 998 577 test icra olunub.