Azərbaycanda koronavirusa qarşı peyvəndləmə nə vaxt başlanacaq?

Türkiyə və Azərbaycan vətəndaşlarının eyni zamanda koronavirusa qarşı peyvənd olunmasına başlanacaq.

QİA.AZ-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, peyvəndləmə prosesinin yanvarın əvvəlindən etibarən başlanması gözlənilir:”Türkiyədə iki vaksinin sınaqlarının üçüncü mərhələsi davam edir. Bundan başqa, yerli mütəxəssislərin yaratdığı vaksinlərin sınaqları ikinci mərhələdədir. Türkiyənin seçdiyi vaksinə güvənirik. Biz də eyni vaksini almağa qərar vermişik. Hər sahədə olduğu kimi, pandemiya ilə mübarizə sahəsində də qardaş Türkiyə ilə birgə addımlayacağıq. Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda koronavirusa qarşı peyvənd olunmağa başlayacaq. Prosesə yanvarın əvvəlindən başlaması gözlənilir”.

Oxşar Xəbərlər