Azərbaycanda bu il ərzində mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.
QİA.AZ-ın məlumatına görə, Azərbaycanda rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,4 faiz artaraq 1 milyard 801,1 milyon manat təşkil edib ki, onun da 73,2 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 754,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.