Bu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb.
“QİA.AZ“ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb