Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb

Noy16,2020
Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb

Moldova yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Yunanıstanla ev oyunu komandanın qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.

“QİA.AZ” Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə” klubunda çıxış edən qolkiper millidə 50-ci matçını keçirib. Bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidir.

Qeyd edək ki, Moldova – Yunanıstan matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Oxşar Xəbərlər