Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 mlrd 663,2 mln manatlıq, o cümlədən 17 mlrd 034,5 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 mlrd 628,7 mln manatlıq qeyri-ərzaq malları satılıb.

“QİA.AZ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 %, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 % azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 % artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – oktyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi31 663,298,5
o cümlədən:
ərzaq məhsulları15 424,6103,3
içkilər və tütün məmulatları1 609,9100,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar5 082,687,0
elektrik malları və mebellər1 778,293,3
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları248,6100,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar553,3132,8
avtomobil benzini və dizel yanacağı1 708,798,5
digər qeyri-ərzaq malları5 257,396,6

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 16,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i elektrik malları və mebellərin, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 1,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 %-i ticarət müəssisələri, 52,9 %-i fərdi sahibkarlar tərəfindən, 24 %i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 %, fərdi sahibkarlar üzrə 3,8 % artmış, bazar və yarmarkalarda isə 17,5 % azalmıb.

2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.

Oxşar Xəbərlər