Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.
Bu barədə QİA.AZ-a Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (Ü:ST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.
Belə ki, istənilən şəxs peyvənd olunduqdan sonra “Facebook” profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər: https://bit.ly/3hdZjSS