Azərbaycanda psixoloqlara inamsızlığın səbəbi nədir?

Fev29,2024

Cəmiyyətdə psixoloqlarla bağlı fikirlər müxtəlifdir. Əksəriyyəti onların xidmətindən istifadənin mənasız olduğunu düşünsə də, inkişaf etmiş ölkələrdə vəziyyət tamamilə əksinədir. Hətta qonşu ölkələrdə ən çox müraciət olunan peşə sahiblərindən biri də elə psixoloqlardır. 

Bəs Azərbaycanda onlara inam nə üçün arzuolunan qədər deyil?

Psixoloq Elmir Əkbər bu peşə sahiblərinə inamsızlığın səbəbinə aydınlıq gətirib.

“Əxlaqsız həyat tərzi yaşayan adam da, təlxək də özünü psixoloq adlandırır. Müxtəlif verilişlərdə bu peşəyə aidiyyətləri olmadığı halda özlərini psixoloq kimi təqdim edirlər. Vətəndaşlar da bunları görüb psixoloq yanına getmək istəmirlər”, – E.Əkbər söyləyib.

Oxşar Xəbərlər