Azərbaycanda dələduzluq edən qadın saxlanılıb.
Bu barədə “QİA.AZ“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79 000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.