Azərbaycanda qaz hasilatı bir ildə 6 % artıb

2020-ci ilin sonuna Azərbaycanda təbii qaz hasilatı 25,8 milyard kibmetr təşkil edib.

Bu barədə QİA.AZ” BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 6 % çoxdur.

Qeyd edək ki, 2019-cu ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda təbii qaz hasilatı 24,3 milyard kubmetr təşkil edir.

Hesabata əsasən, 2000-ci illin sonuna ölkədə qaz hasilatı 16,3 milyard kubmetr, 2011-ci ildə 16 milyard kubmetr, 2012-ci ildə 16,8 milyard kubmetr, 2013-cü ildə 17,4 milyard kubmetr, 2014-cü ildə 18,4 milyard kubmetr, 2015-ci ildə 18,8 milyard kubmetr, 2016-cı ildə 18,3 milyard kubmetr, 2017-ci ildə 17,8 milyard kubmetr, 2018-ci ilin yenkunlarına əsasən isə ölkədə qaz hasilatı 19 milyard kubmetr təşkil edib.

Oxşar Xəbərlər