Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı məlum olub.
“QİA.az”ın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Qanun layihəsində qeyd edilib ki, Milli Onkologiya Mərkəzində qeydiyyatda 52 718 onkoloji xəstə mövcuddur.
Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.