Azərbaycanda rektor və direktor vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.

QİA.AZ“ın xəbərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov deyib ki, ölkədə 93 qadın hakim vəzifəsində çalışır.

“Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxış edən BMT rəsmisi bildirib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: “Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi – Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır”.

“2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır”, – E.Səfərov əlavə edib.

Oxşar Xəbərlər