Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb

Fev10,2021

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar ayında 3,6 milyard manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 3,4 % az sənaye məhsulu istehsal edilib.

“QİA.AZ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 % azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 % artıb.

Məlumata görə, sənaye məhsulunun 64,9 %i mədənçıxarma sektorunda, 29,2 %i emal sektorunda, 5,3 %i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 % azalmış, əmtəəlik qaz hasilatı isə 7,9 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,9 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 97 %, elektrik avadanlıqlarının istehsalı 96,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 29,1 %, maşın və avadanlıqların istehsalı 23,5 %, kağız və karton istehsalı 21,4 %, tikinti materiallarının istehsalı 21,2 %, kimya sənayesi məhsullarının istehsalı 14,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 10,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 8,1 %, içkilərin istehsalı 4,8 %, qida məhsullarının istehsalı 3 % artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 %, geyim istehsalı 10,3 %, neft məhsullarının istehsalı 20,4 %, hazır metal məmulatlarının istehsalı 24,9 %, mebel istehsalı 46,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 53,4 %, poliqrafiya məhsullarının istehsalı 60,3 %, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 % azalıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 % artıb

Oxşar Xəbərlər