Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır

Fev12,2021

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır.

“QİA.AZ”-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar Xəbərlər