Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb

İyl12,2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfər müalicə olunaraq sağalıb, 4 987 nəfər vəfat edib, aktiv xəstə sayı 1 534 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.

Oxşar Xəbərlər