Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb

May8,2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddət ərzində isə ümumilikdə 3 321 511 test aparılıb.

Oxşar Xəbərlər