Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 472 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib. 32 319 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 780, bu günə qədər isə ümumilikdə 4 744 161 test icra olunub.

Oxşar Xəbərlər