Azərbaycanda taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyindən  “QİA.AZ“a verilən məlumata görə, artıq mövcud taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb. Biçin aparılmış 805189 hektar sahədən 2597468 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 32,3 sentner təşkil edir.

Bugünədək 360704 ha sahədə arpa, 444485 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 1122367 ton arpa, 1475101 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 31,1 sentner təşkil edir, buğda orta məhsuldarlıq isə 33 sentnerdən yuxarıdır.

Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesində 1499 kombayn iştirak edir. Bunlardan 903 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçində “Aqroservis” ASC-nin rayon bölmələrində olan 345 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 251 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 266844 ha, özəl kombaynlar ilə isə 538345 ha sahə biçilib.

Oxşar Xəbərlər