Hazırda Azərbaycan Respublikası ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir.
“QİA.AZ” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında qeyd edilib.
Həmin siyahıda 2 ümumrespublika televiziya yayımçısı, 12 regional televiziya yayımçısı, 16 radio yayımçısı, 3 peyk televiziya yayımçısı, 17 kabel şəbəkəsi operatoru, 32 İPTV operatoru, 2 xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operator yer alır.