Azərbaycanda un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti artırılır

Yan26,2021

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.

“QİA.AZ”ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Oxşar Xəbərlər