Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Dek22,2021

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

QİA.AZ“ın məlumatına görə, baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılsın.

Bundan əvvəl xüsusi karantin rejiminin qüvvədə olma müddəti 2022-ci il yanvarın 1-dək nəzərdə tutulurdu.

Oxşar Xəbərlər