Bu il Azərbaycanda yay fəsli iyunun 21-i saat 18:57-də başlayacaq
QİA.az Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, iyunun 21-də Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa gündüz və ən uzun gecə olur.
Sonrakı günlərdə gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır.
Qeyd edək ki, iyunun 21-də Bakıda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.