Azərbaycanda yeni idman strategiyası müəyyənləşdiriləcək

Sen8,2021

Azərbaycan idmanının strategiyası müəyyənləşdiriləcək. İdman mütəxəssisləri ilə birlikdə biz bu strategiya istiqamətində çalışacağıq.

QİA.AZ-ın xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir:

“Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.

Oxşar Xəbərlər