Mayın 23-də İmişli rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “QİA.az”a bildirilib ki, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.