Tərtər rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar 5 avqust, yerli vaxtla saat 23:26-da Bərdə stansiyasından 24 km şimalda, Tərtər rayonunda qeydə alınıb.
Zəlzələ 3,1 bal gücündə, ocağı isə 26 kilometr dərinlikdə olub.