Azərbaycandakı İran vətəndaşları üçün səsvermə məntəqəsi yaradılıb

İyn 18, 2021

Azərbaycanda yaşayan İran vətəndaşlarının qonşu ölkədə keçirilən 13-cü prezident seçkilərinə qatılmaları üçün səsvermə məntəqəsi yaradılıb.

Bu barədə “QİA.az”a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səsvermə məntəqələri İran səfirliyinin Bakıdakı Təhsil kompleksinin binasında və Naxçıvanda təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda İrandakı prezident seçkiləri üzrə səsvermə səhər saat 8:00-da başlayıb və 17:00-dək davam edəcək.

Oxşar Xəbərlər