Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat zərərlə başa vurub.
“QİA.AZ” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9 dəfə azdır.
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 5,6% az), xərcləri 0,7 milyon manat (7,5% az), xüsusi ehtiyatlara ayırmaları isə 0,1 milyon manat (9 dəfə az) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 15,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. Bunun 13,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə sektorun kredit portfeli 4,2% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 4,9% azalaraq 5,8 milyon manata, balans kapitalı isə 1% azalaraq 9,7 milyon manata düşüb.