Azərbaycandakı xarici diplomatların Cəbrayıl və Zəngilana səfər proqramı açıqlanıb

Azərbaycandakı xarici ölkə səfirləri, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər proqramı açıqlanıb.“QİA.AZ”ın xəbərinə görə, xarici diplomatlar əvvəlcə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedəcəklər.Onlar kənddəki vəziyyətlə əyani şəkildə tanış olacaqlar. Nümayəndə heyəti daha sonra Cəbrayıl şəhərinə yola düşəcəklər. Diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi abidələrə baxacaqlar və Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla əyani formada tanış olacaqlar.Daha sonra isə xarici dipomatların Zəngilan rayonuna səfəri baş tutacaq. Onlar Mincivan qəsəbəsindəki vəziyyətlə tanış olacaqlar. Diplomatik korpusun nümayəndələrinə Zəngilan rayonu ilə bağlı geniş məlumat veriləcək.Diplomatları və hərbi attaşeləri AzərbaycaPrezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Oxşar Xəbərlər