Azərbaycanın 14 hakimi beynəlxalq dərəcə alıb

Bakıda keçirilən boks üzrə 1 ulduz kateqoriyalı beynəlxalq hakimlik imtahanının nəticələri açıqlanıb.

QİA.az İdman.biz-ə istinadən xəbər verir ki, “Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 azərbaycanlı ədalət təmsilçisindən 14-ü İBA-dan müsbət cavab alıb.

Nəticədə hakimlərimiz Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib. Eyni vaxtda 14 referimizin dərəcə alması dünya praktikasında ilklərdəndir.

Oxşar Xəbərlər