Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.
“QİA.AZ” açıqlamanı təqdim edir:
S/s | Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti |
1 | Bakı – Quba – Rusiya ilə dövlət sərhədi | Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
2 | Giləzi – Xızı | Yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. |
3 | Bakı – Qobustan | Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. |
4 | Qobustan – Şamaxı – Muğanlı | Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. |
5 | Muğanlı – Ağsu – Yevlax | Yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağmış, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
6 | Bakı – Ələt – Hacıqabul | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
7 | Hacıqabul – Ucar – Yevlax | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
8 | Yevlax – Gəncə – Qazax – Gürcüstan ilə dövlət sərhədi | Yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
9 | Muğanlı – İsmayıllı | Yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağmış, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
10 | İsmayıllı – Qəbələ – Oğuz- Şəki | Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağmış, gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
11 | Şəki – Qax – Zaqatala – Gürcüstan ilə dövlət sərhəd | Marşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağmışdır. Gecə saatlarında şaxta çox olduqundan yolda buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
12 | Yevlax – Şəki (Göybulaq) | Yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
13 | Gəncə – Daşkəsən – Xoşbulaq | Yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. |
14 | Şəmkir – Gədəbəy | Yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
15 | Ələt – Astara – İran ilə dövlət sərhədi | Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. |
16 | Masallı – Yardımlı | Masallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub. |
17 | Lənkəran – Lerik | Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub. |
18 | Hacıqabul – Bəhramtəpə – Horadiz | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |