Azərbaycanın azad edilmiş ərazilərində geotermal enerjinin istifadə imkanları öyrəniləcək

Yaxın zamanlarda Azərbaycanın azad edilmiş ərazilərində geotermal enerji mənbələrinin potensialının öyrənilməsinə başlanacaq.

Bunu QİA.AZ-a Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

Onun sözlərinə görə, Kəlbəcər rayonunda termal su ehtiyatı 3 093 kubmetr/sutka, Şuşada isə 412 kubmetr/sutka təşkil edir:

“Yerin səthinə çatan Günəş radiasiyasının həcminə görə Qarabağın cənub bölgəsi – Füzuli, Cəbrayıl və Zəngilan rayonları Naxçıvan ərazisindən sonra ikincə yeri tutur”.

Oxşar Xəbərlər