Azərbaycanın bədii gimnastları dünya çempionatında mübarizəyə start verib

Okt27,2021

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında mübarizəyə başlayıblar.

QİA.AZ“ın məlumatına görə, onlar top və halqalarla çıxışlarını başa vurublar.

Ağamirova topla hərəkərlərdə 21,400 xala, halqa ilə isə 21, 150 xala layiq görülüb. O, 42,550 xalla hələlik çoxnövçülükdə 22-ci sıradadır.

Cəlilova isə halqa ilə hərəkətlərə 21,350 xal, topla isə 22,600 xal toplayıb və hazrda 20-cidir.

Oxşar Xəbərlər