Azərbaycanın bəzi ərazilərində qaz təchizatı dayandırıldı

Qaz sızması ilə əlaqədar İmişlinin 19 kəndində və Biləsuvarın 11 qəsəbəsində qaz təchizatı dayandırılıb.

“Report”un məlumatına görə, “Otuzikilər” QPS-dən qidalanan PE-315 mm-lik qaz kəmərində aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə işlər yekunlaşana qədər İmişli rayonunun 19 kəndində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 min 364 abonent) qaz təchizatı dayandırılıb.

17:14

Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 16.07.2024-cü il saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“Azəriqaz”dan Oxu.Az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar Xəbərlər