Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək

May2,2024

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi mayın 17-də Kazan şəhərində dəyirmi masa keçirəcək.

QİA.az bu barədə “Rusiya – İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunun rəsmi saytına istinadən xəbər verir.“KazanForum” çərçivəsində mayın 17-də AZPROMO və Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Rusiya və Azərbaycan” adlı dəyirmi masa keçiriləcək”, – məlumatda qeyd edilib.Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya iqtisadiyyat nazirinin müavini Dmitri Volvaç, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digər rəsmi şəxslər iştirak edəcək.

Oxşar Xəbərlər