Azərbaycanın batut gimnastikası tarixində bir ilk 

Mar25,2024

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

QİA.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.

Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.

Oxşar Xəbərlər