Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Azərbaycanın beş müəssisəsindən alma ixracına razılıq verilib.
QİA.AZ-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.
Qeyd olunub ki, müəssisələrdə sanitariya təhlili aparılıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanətləri də alındı. Sentyabrın 30-dan etibarən idxala icazə verilib.
Rosselxoznadzor qərara alıb ki, hazırda Azərbaycanın 70 müəssisəsi Rusiyaya alma tədarükünü həyata keçirə bilər.