Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir – Ərdoğan

Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan qeyd edib ki Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi regionda davamlı sülh və sabitliyin qapılarını açıb.

“Azərbaycanın regionda rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar regionda normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir”- deyə o bildirib.

Oxşar Xəbərlər