Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda N. Quluzadə rusiyalı Dinislam Bammatova 9:4, Q. Qurbanov isə italiyalı Leon Rivaltaya 8:0 hesabı ilə qalib gəlib. Bu raundda gürcüstanlı Georgi Çixikvadzeyə 4:5 hesabı ilə uduzan Ruslan Nurullayev (72 kiloqram) isə sabah bürünc medal görüşünə çıxacaq.

Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) rusiyalı İlya Mialeşçuku sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

Oxşar Xəbərlər