Azərbaycanın İctimai-sosial, iqtisadi sahədə fəaliyyət göstərən fəal qadınlar Gürcüstanda “İqtisadi gücün artırılması üçün qadınların şəbəkələnməsi” tədbirində iştirak edirlər – FOTO

14-15 dekabr 2023- cü il tarixində Tbilisi şəhərində təşkil edilən tədbirdə 17 ölkədən müxtəlif sahələrdən biznes assosiasiyalar və Azərbaycandan “WE-Champs: Regional Qadın Ticarət Palatalarının və Biznes Assosiasiyalarının Şəbəkələşdirilməsi ilə Sahibkarlıq Ekosisteminin Gücləndirilməsi” layihəsinin Qafqaz və Mərkəzi Asiya üzrə proqram meneceri Şəlalə Kamilova, “Magen David International Center” for Women direktoru Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” ictimai birliyinin sədri Aygün Ağamalı, idarə heyəti üzvləri Sevinc Həsənova və Nəzakət Mahmudova iştirak edirlər. 

“MAGEN DAVİD GROUP”-un sözcüsü Vitalik isakov AJMEDİA.İNFO-a açıqlamasında tədbirin ABŞ Dövlət Departamentinin Qlobal Qadın Problemləri Bürosu tərəfindən “WE-Champs: Regional Qadın Ticarət Palatalarının və Biznes Assosiasiyalarının Şəbəkələşdirilməsi ilə Sahibkarlıq Ekosisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirildiyini bildirmişdir. 

Layihə vasitəsilə qadınların ticarət palatalarını və biznes assosiasiyalarını gücləndirməklə, gender bərabərliyinə cavab verən institutlar qurmaqla və bütün müxtəlifliklərində qadın üzvlərin ehtiyaclarına cavab verməklə qadınların iqtisadi təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. 

WE-Champs layihəsinin üç əsas məqsədi var: qadın ticarət palataları və biznes assosiasiyaları üzvlərinin ehtiyaclarını qarşılamaq üçün öz imkanlarını artırır; qadın ticarət palataları və biznes assosiasiyaları qadınların tam iqtisadi iştirakını təmin etmək məqsədilə maneələri aradan qaldırmaq üçün regional şəbəkələr formalaşdırır; və qadın ticarət palataları və biznes assosiasiyaları üzvlər tərəfindən müəyyən edilmiş prioritet sahələrdə gender bərabərliyinə əsaslanan islahatlar üçün təşviq kampaniyalarına rəhbərlik edirlər. 

Layihə 25 ölkədə qadınların ticarət palatalarını və biznes assosiasiyalarını cəlb edir.
Təşkilatçılar:
Center for İnternational Private Enterprise (CIPE) 

Gürcüstanda Qadın Biznes Şurası (WBCG)

Oxşar Xəbərlər