Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin məzarı ziyarət edilib

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Qazax Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin vəfatının 23-cü ildönümü münasibətilə məzarı ziyarət olunub.

QİA.az xəbər verir ki, bu barədə İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Xalq şairinin xatirəsi ehtiramla anılaraq, həyat və yaradacılığından danışılıb, şeirləri səsləndirilib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasına adını qızıl hərflərlə yazdırmış şairlərimizdəndir. Onun poeziyası insanı mübariz olmağa, vətəni sevməyə, əsl insan olmağa səsləyir.

Qeyd edilib ki, Mirvarid Dilbazinin yaradıcılığında vətənpərvərlik xüsusi önəm daşıyıb. İndi onun ruhu şaddır ki, şeirlər həsr etdiyi Qarabağ bu gün azaddır.

Oxşar Xəbərlər