Azərbaycanın müdafiə sənayesi naziri Minskə gedib

İyunun 23-26-da Belarusun Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək.

Müdafiə Sənayesi Nazirliyindən “QİA.az”a verilən məlumata görə, Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilən ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Oxşar Xəbərlər