Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Məhəmməd Sadiq Sancrani ilə görüşüb

Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir Əli Əlizadə, iki ölkə xalqı və rəhbərləri arasında mövcud olan isti münasibətlərin, rəhbərlərin davamlı görüşlərinin ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə təşəkkül tapmasına şərait yaratdığını bildirib. Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində parlamentlərin önəmli rolunun olduğunu qeyd edən səfir, Vətən Müharibəsində Pakistan Senatının sərgilədiyi prinsipial mövqeyə, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan qətnamələrin qəbul edilməsinə və davamlı dəstəyə görə senatın sədrinə və üzvlərinə təşəkkürlərini çatdırıb.

Bu barədə “QİA.az”a Azərbaycanın Pakistandaki Səfirliyindən məlumat verilb.

Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani xüsusi salamlarının və Pakistana dəvətinin Azərbaycan Milli Məclisinin sədrinə çatdırılmasını xahiş edib. Senatın sədri Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, Pakistanın Azərbaycanla siyasi, iqtisadi və parlamentlərarası əlaqələri daha da artırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi haqlı qələbəsi münasibətilə Azərbaycan xalqı və dövlətini təbrik edən Məhəmməd Sadiq Sancrani, Pakistan Senatının Azərbaycana dəstəyinin davam edəcəyini, parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin daha da artırılacağını, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin də inkişafında parlametlərin qarşılıqlı səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib.  

Görüşdə həmçinin, iki ölkə parlamentlərinin dostluq qrupları arasında birgə layihələrin və görüşlərin keçirilməsinin daha da artırılması, regional və beynəlxalq təşkilatlarda tərəfdaşlığın daha da gücləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər