2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan 7,837 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,5 faiz çoxdur.
QİA.AZ bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-aprel aylarında ixrac olunan təbii qazın ümumi məbləği 1,131 milyard dollara yaxın olub.
Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 17,78 faizini təşkil edib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.