Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxıb.
QİA.az xəbər verir ki, milli komanda Cəbəllütariqdə keçirilən matçda Kipr yığması ilə üz-üzə gəlib.
Qarşılaşmanın əvvəlindən üstünlüyü ələ keçirən Azərbaycan seçməsi rəqib üzərində 69:52 hesablı qələbə qazanıb. Bununla da Evren Alkayanın yetirmələri ardıcıl ikinci dəfə Avropa çempionu olub.