Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək

Noy18,2020

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Xidmətdən QİA.AZ-a bildiriblər ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11° isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın maksimal temperaturu Aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda isə 2° şaxtadan 3°-dək isti olacaq.

Oxşar Xəbərlər